‘Felsefe’ Etiketlənmiş Yazı

Fəlsəfə, mistika, siyasət və ədəbiyyat

Dərc edildi: Aprel 21, 2014 anonymusdrakula tərəfindən Fəlsəfə, Ədəbiyyat içində
Etiketlər:, ,

Fəlsəfə, mistika və ədəbiyyat

Bertrand Russel

 Mistisizm və məntiq

Mistik aydınlanmanın ilkin və birbaşa nəticəsi həmin bu dərketmə yolunun mümkünlüyünə inamdır. Bu yol, vəhy ya da intuisiya adlandırıla bilər. Bu yol, illüziya bataqlığına kor bələdçilik edən mülahizə və analiz duyğularına ziddir. Hadisələr aləminin “o biri tərəfi”ndəki və tamam fərqli reallıq haqda təsəvvür də bu inamla sıx bağlıdır.

Məqalə ilk dəfə 1914-cü ilə Hibbert Journal dərgisində nəşr edilib.

Metafizika, və ya dünyanı bütöv dərketmə, hər zaman iki əsas insan impulslarının vəhdət və münaqişəsində gəlişmişdi. Bu impulslardan biri mistisizmə, digəri isə elmə sövq edirdi. Bəzi insanlar birinci impulsun, bəziləri də yalnız ikincinin arxasınca gedərək böyüklüyə çatmışlar. Örnəyin, Yumda elmi impuls tamamilə hökm sürür, Bleykdə isə elmə olan ədavət, dərin mistik təsirlə yanaşı yaşayır. Lakin filosof adlandırdığımız böyük insanlar isə eyni zamanda həm elmə, həm də mistisizmə ehtiyac duyurdular. Onların həyat amacları hər ikisini də ahəng şəkildə birləşdirməyə cəhddən ibarət idi. Məhz bu alternativin yorucu qeyri-müəyyənliyini ortadan qaldırma, fəlsəfəni elm və dindən daha yüksək məşğuliyyətə çevirir.

Elmi və mistik impulsların ətraflı xasiyyətnaməsini vermədən öncə bunları iki filosofun örnəyində əyani olaraq göstərəcəyəm. Bu insanların şübhəsiz böyüklüyü hər iki sahəni orqanik birləşdirə bilmələri ilə müəyyənləşirilir. Heraklit və Plaronu nəzərdə tuturam. (daha&helliip;)

Qədim yunan filosoflarının dünya və insan şərhləri ilə yanaşı yenə insanı izah edən onlarla hekayəsi də yüz illərdir danışıla-danışıla günümüzə qədər çatmışdır.Bunların ən məşhurları Böyük İskəndərə “Kölgə salma başqa lütfkarlıq istəmirəm”-deyən Diogenə aiddir.Bu qədər məşhur olmasa da hələ yazılan, köçürülən bir çox qısa hekayədə yenə insan vəziyyətləri eynidir.

(daha&helliip;)