Jamal Ali və Promete – Bir damla həqiqət

Dərc edildi: Aprel 21, 2014 anonymusdrakula tərəfindən Fəlsəfə içində

İllərlə tarix dərslərimiz bizim uyduruldu
Çox olmuş keçmiş yaddaşlarımız bizə unutduruldu
Manqurtlaşdıq qurt nəslimizi tərk edərək
Sərf edərək həyatları boş xalqı məhv edərək
Özümüzü əsrlərlə elə özümüzə qırdıraraq
1001 bəhanəylə kreslolara can ataraq
Sataraq cənnət torpaqları hakimiyyət üstündə
Hər dəfə mitinqlərdə fikirsiz idman etdirilirdilər

Sözlərim özləri ünvanlı şərhlərimə yox ehtiyac
Milli məclisin şərhini gözləyir daxmalardan xalq qardaş
Əlinizdən söyüşmək gəlir, saçyoldulardasınız elə
3 rəngli bayraq tüpürə bilsə tüpürərdi yəqin üzünüzə
Rus xalqı böyük qardaşımız bizə
Gəl vur qır keç
Haqq səndə güc səndə nə qədər eşq olsun eşq
Sonra da qoy tariximizə
Qırdıracam basdıracam üstündən də gül əkəcəəəəəəəəm???????!!!!!!!!!!!

Siyasət əldə oyuncaq şəxs səlis
Danışanda düşünürsən 1 döyünür qəlbimiz
Yalan dolu oyunların yeri olub yeriniz
Milli milli milli Milli milli milli məclis..

Nə müxalifətdən deyiləm nə iqtidardan

Nə də pul almıram hansısa fikrimə görə işpiyonlardan
Yaşatmıram hansısa ismi mən nələrəsə görə ya da kimlərəsə
Valideynlərim də çox vaxt əksdi bu qədər əksliyimə
Milliçiliyimi bəyənənlər liberallığımı anlamır
Liberallığımı bəyənənləri isə liberalizm özü aldadır
Sosializmdən qurtulur dürtülür yenə də köhnə fikirlər
Köhnə danqalaq başlardı çünki bizim rəhbərlikdə
Faşizmi kabus etdilər, hələ də nifrətlə yaşayırıq
Halbuki milliyyətçi olsaq millətimiz üçün çalışardıq
İndi hər şey guya yaxşıdı??!! Büdcə artır qiymət qalxır
Konservativ xalqımız monarxiyanı tarixə qaytarır
Seçkilərə getməsən də olar sənin yerinə səs veriblər
YAP-ın icbari toplu səs vermələrində ötə bilməyəcəklər
Həkimlər də qorxudulur, məllimlər də qorxudulur,
ölkədə ən qorxmaz olası şəxs əsgərlər də qorxudulur
Çıxardarıq haa səni işdən zibilivi tökərik ortalığa
Rüşvət alıb verdiyivi buraxarıq haa səni canlı yayıma
Hərənin 1 zibili var onsuz
Görən bilir, bilən susur
CAMAL ALI susmur bilsə belə ki, sabahına qan qusur..

Siyasət əldə oyuncaq şəxs səlis
Danışanda düşünürsən 1 döyünür qəlbimiz
Yalan dolu oyunların yeri olub yeriniz
Milli milli milli Milli milli milli məclis…

Bacardığımız heykəl qoymaqdı bacardığımız güclənmək
Bacardığınız lider seçib onun götünə girməkdi
Əsl öndər unudulub yatır səssiz Ankarada
Sızlasa da Rəsulzadə nəvəsiyik adımızı qaralasalar da
Çoxu onu sevməsələr də adını çox çəkməsələr də
Vurğun kimi yaltaqlara onu söydüyü üçün medal versələr də
Mənə barmaqlıq göstərsələr də səhnələrin arxalarında
Sözlərim həqiqətdi və çoxunun batır yəqin 1yanına
Susmaq fikrim yoxdu, səsim gəlməsə həbsdəyəm yəqin
Ya da elə uzaq sürgündəyəm ki, orda studiyalar fəaliyyət göstərmir
Bu gun qarışıq qanlı millətimin safsız səsiylə səslənirəm
Xalq saf qalmağa çalışaq TÜRK OĞLU TÜRK qalmaq istəyirəm
Televizorları tulluyun getsin orda fərli heç nə yoxdu
Çox agitasiyalara məskən kanallar sizə unutdurur
Hansı verlişə baxırsan vur tatı çevir tatı silin yaddaşı
Axtarıram hansı kanalda öyrədirlər konstruksiyasız avtomatı
Elə bil axı müharibə şəraitidi elə bil axı qan tökəsiyik
Yoxsa sizcə boş söhbətdi QARABAĞI görmiyəsiyik
Bəlkə 1dəfə tarixdə kişi olaq, 1dəfə təslim olmayaq
1dəfə nəvələrimizə fəxr edəsi yaddaş saxlayaq
Geydirmə qurtuluş günü yox, saxta konstitusiya günü yox
Çox bayram dəyişdi üzlərimizdə yalan təbəssüm çox
Canların qisasını alaq, 1günü əsl bayram edək
Şuşaya bayrağımızı sancaq, AMIN!!!
Səngərlərdə görüşək, INŞALLAH!!!

Seçki qabağı verilən vədlər heç də yerinə yetmir
Sözsüz mənim fikirlərim sizlər üçün heçdir
Çıxarılan qərarlar 2ildən çox getmir
Bəlkə gedir ama xalq bunu hiss etmir
Nə baş verir balıq iylənib yoxsa başı
Müxalifət ya iqtidar kimdi xalqın qardaşı??
Sətirim bol, ağırlıq edir bədənimə başım
Sənsə hələki yat millət silinsin yaddaşın

Siyasət əldə oyuncaq şəxs səlis
Danışanda düşünürsən 1 döyünür qəlbimiz
Yalan dolu oyunların yeri olub yeriniz
Milli milli milli Milli milli milli məclis…

Səngər övladları, milləəəət, bəsdi yatdıq….

https://cloclo9.datacloudmail.ru/weblink/get/89eaf899b4ff/HOST_ALLIANCE_-_Bir_Damla_Heqiqet_%28get-tune.net%29.mp3

şərhlər
  1. nezerovnihad dedi ki:

    Mahnının sözləri sadəcə superdi

    Bəyən

Bir şərh yazın