İllərlə tarix dərslərimiz bizim uyduruldu
Çox olmuş keçmiş yaddaşlarımız bizə unutduruldu
Manqurtlaşdıq qurt nəslimizi tərk edərək
Sərf edərək həyatları boş xalqı məhv edərək
Özümüzü əsrlərlə elə özümüzə qırdıraraq
1001 bəhanəylə kreslolara can ataraq
Sataraq cənnət torpaqları hakimiyyət üstündə
Hər dəfə mitinqlərdə fikirsiz idman etdirilirdilər

Sözlərim özləri ünvanlı şərhlərimə yox ehtiyac
Milli məclisin şərhini gözləyir daxmalardan xalq qardaş
Əlinizdən söyüşmək gəlir, saçyoldulardasınız elə
3 rəngli bayraq tüpürə bilsə tüpürərdi yəqin üzünüzə
Rus xalqı böyük qardaşımız bizə
Gəl vur qır keç
Haqq səndə güc səndə nə qədər eşq olsun eşq
Sonra da qoy tariximizə
Qırdıracam basdıracam üstündən də gül əkəcəəəəəəəəm???????!!!!!!!!!!!

Siyasət əldə oyuncaq şəxs səlis
Danışanda düşünürsən 1 döyünür qəlbimiz
Yalan dolu oyunların yeri olub yeriniz
Milli milli milli Milli milli milli məclis..

Bu yazının davamını oxu »

Sitat  —  Dərc edildi: Aprel 21, 2014 anonymusdrakula tərəfindən Fəlsəfə içində

Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr
edən və zülmə uğradıqdan sonra intiqamını
alanlardan başqa!
Zülm edənlər isə (öləndən sonra) hansı dönüşə
dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin
necə olacağını,
hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!

Status  —  Dərc edildi: Aprel 22, 2014 anonymusdrakula tərəfindən Fəlsəfə içində

Fəlsəfə, mistika və ədəbiyyat

Bertrand Russel

 Mistisizm və məntiq

Mistik aydınlanmanın ilkin və birbaşa nəticəsi həmin bu dərketmə yolunun mümkünlüyünə inamdır. Bu yol, vəhy ya da intuisiya adlandırıla bilər. Bu yol, illüziya bataqlığına kor bələdçilik edən mülahizə və analiz duyğularına ziddir. Hadisələr aləminin “o biri tərəfi”ndəki və tamam fərqli reallıq haqda təsəvvür də bu inamla sıx bağlıdır.

Məqalə ilk dəfə 1914-cü ilə Hibbert Journal dərgisində nəşr edilib.

Metafizika, və ya dünyanı bütöv dərketmə, hər zaman iki əsas insan impulslarının vəhdət və münaqişəsində gəlişmişdi. Bu impulslardan biri mistisizmə, digəri isə elmə sövq edirdi. Bəzi insanlar birinci impulsun, bəziləri də yalnız ikincinin arxasınca gedərək böyüklüyə çatmışlar. Örnəyin, Yumda elmi impuls tamamilə hökm sürür, Bleykdə isə elmə olan ədavət, dərin mistik təsirlə yanaşı yaşayır. Lakin filosof adlandırdığımız böyük insanlar isə eyni zamanda həm elmə, həm də mistisizmə ehtiyac duyurdular. Onların həyat amacları hər ikisini də ahəng şəkildə birləşdirməyə cəhddən ibarət idi. Məhz bu alternativin yorucu qeyri-müəyyənliyini ortadan qaldırma, fəlsəfəni elm və dindən daha yüksək məşğuliyyətə çevirir.

Elmi və mistik impulsların ətraflı xasiyyətnaməsini vermədən öncə bunları iki filosofun örnəyində əyani olaraq göstərəcəyəm. Bu insanların şübhəsiz böyüklüyü hər iki sahəni orqanik birləşdirə bilmələri ilə müəyyənləşirilir. Heraklit və Plaronu nəzərdə tuturam. Bu yazının davamını oxu »

Status  —  Dərc edildi: Aprel 21, 2014 anonymusdrakula tərəfindən Fəlsəfə, Ədəbiyyat içində
Etiketlər:, ,